AUT.AZ

Məşhur ukraynalı: “Qazprom”un puluna satılan korrupsionerlər orada oturublar

Ukrayna milli komandasının keçmiş məşqçisi Yozef Sabo Ukrayna Gənclər və İdman Nazirliyinin ölkə yığmalarının rus və belarusların iştirakına icazə verilən beynəlxalq yarışlarda iştirakını qadağan edən qərarını dəstəkləyib.

“Nazirliyin düzgün qərar verdiyinə inanıram, dəstəkləyirəm. UEFA Belarus yarışmasına necə icazə verə bilər? Bunlar bizim yox, onların problemləridir. Belarus və Rusiya hər yerdən diskvalifikasiya edilməlidir! Əgər Belarus Avro-2024-ün seçmə mərhələsində oynayırsa, onda biz orda iştirak etməməliyik!

Lukaşenka Belarusu Rusiyanın istifadəsinə verdi. Belarus artıq yoxdur, Rusiya-2 var. Belə çıxır ki, seçmə mərhələdə Rusiya-2 iştirak edir. Gözləyin, tezliklə rusiyalı futbolçular Belarus vətəndaşlığını alacaq və özləri üçün rahat oynayacaqlar. Yaxşı, qoy bizi diskvalifikasiya etsinlər, amma belaruslarla eyni turnirdə oynaya bilmərik! Bundansa, yoldaşlıq oyunları keçirək.

Biz Avropada hay-küy salmalı və Aİ ölkələrinin dəstəyini almalıyıq. Bizə yalnız Avropa kömək edə bilər! BOK, FİFA və UEFA-ya ümid yoxdur! Özünü “Qazprom”un puluna satan bütün korrupsionerlər orada oturublar”, –“ FanDay.net” Sabo-dan sitat gətirir.

Aut.az

Exit mobile version