AUT.AZ

Lobanovskidən qalan nəvə: Dəbdəbəli həyat, açıq-saçıq FOTOLAR…

Ömrünün çox hissəsini SSRİ yığmasının və Kiyev “Dinamo”sunun uğurlarına həsr edən əfsanəvi məşqçi Valeri Lobanovskini xatırlamamaq mümkün deyil. O, həmişə işi ilə gündəmə gəlib. Ancaq illər sonra Lobanovskinin ailə üzvləri şəxsi məsələləri ilə mətbuatın diqqətini cəlb ediblər.

Valeri həyat yoldaşı Adelayda ilə 1963-cü ildə evlənib. Onlar ömürlərinin sonlarına qədər bir-birilərinə sadiq olublar. Xanımı həmişə futbol ustadına dəstəyini nümayiş etdirib. Çətinliklərə birlikdə qalib gəlib, uğurlara da bir yerdə seviniblər.

Lobanovskilərin ixtisasca müəllim-filoloq olan Svetlana adlı qızı olub. O, əlbəyaxa döyüş üzrə idman ustası Valeri Qorbiklə ailə həyatı qurub. Cütlüyün bu münasibətdən 2 uşağı olub. Valeri Lobanovskin nəvələrinin adları Boqdan və Kseniyadır. Bu gün sonuncu haqqında daha ətraflı danışacağıq.

Kseniya 18 mart 1999-cu ildə anadan olub. Valideynləri ona 14 yaşına çatanda soyadını seçməyə icazə veriblər. O, Lobanovskaya soyadında qalmağa qərar verib.

Kseniya uşaqlıqdan sevimli məşğuliyyətinin mahnı oxumaq olduğunu bildirir. O etiraf edir ki, tanışlar ondan tez-tez babası haqqında soruşurlar:

“Elə olur ki, başqa uşaqlar soruşurlar: düzünü de, sən həqiqətən Lobanovskinin nəvəsisən? Hələ də tez-tez insanlardan ona necə hörmət etdiklərini və sevdiklərini eşidirəm. Belə anlarda bir az utanıram, bəzən isə ağlayıram”.

Yeniyetmə yaşlarında Kseniya gözə çarpmayan bir məktəbli idi. Ancaq zaman keçdikcə yetkinləşdi və gözəl qıza çevrildi. İndi 24 yaşı var. Lobanovskaya gördüyü işlər barədə ictimaiyyət qarşısında danışmır. Amma top model kimi görünür və yaşayır.

Kseniya bahalı və dəbdəbəli restoranlarda nahar edir. Daim səyahət etməyi xoşlayır. O, həmçinin açıq-saçıq və çimərlik geyimlərində şəkil çəkdirməyi sevir.

Heybət

Exit mobile version