AUT.AZ

“Liverpul”dan gürcü üçün fantastik təklif

“Liverpul” “Napoli”nin vingeri Xviça Kvaratsxeliya ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb. Bildirilir ki, ingilis klubu yay transfer pəncərəsində 22 yaşlı gürcü futbolçu üçün 130 milyon avro təklif etməyə hazırdır. “Liverpul” bərbad mövsümdən sonra böyük yenidənqurma planlaşdırır.

22 yaşlı Kvaratsxeliya 2022-ci ilin yayında “Napoli”yə keçib. İtaliya çempionatının cari mövsümündə Xviça 24 matçda 12 qol vurub, 12 məhsuldar ötürmə verib. Sona 10 tur qalmış “Napoli” A Seriyasında 71 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın rəqibi “Latsio”dan 16 xal öndədir.

“Transfermarkt” Xviçanı 85 milyon avro qiymətləndirir.

Aut.az

Exit mobile version