AUT.AZ

La Liqa əmindir: anlaşıblar, qayıdış hazırlığı başladı

“Barselona” Lionel Messinin geri qaytarılması üzərində işləri yekunlaşdırır.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Cerard Romero məlumat yayıb. Onun fikrincə, La Liqada “Barselona”nın Messi ilə anlaşması olduğuna inanırlar.

Martın sonunda “Barsa” Messinin mümkün qayıdışı  üçün La Liqaya iqtisadi plan göndərib. Amma bu plan La Liqanı qane etməyib.

Ancaq tezliklə Kataloniya klubu yeni variant təqdim edəcək.

Qeyd olunur ki, “Barselona”nın marketinq departamenti artıq Leonun mümkün qayıdışına hazırlaşır.

Aut.az

Exit mobile version