AUT.AZ

İrəvanda öncə Nazilə yarışacaq

Azərbaycan ağırlıqqaldıranlarının Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub.

Aut.az xəbər verir ki, idmançılarımızdan körpücük üzərinə ilk olaraq aprelin 15-də Nazilə İsmayılova (49 kq) çıxacaq. Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı Ömər Cavadov aprelin 18-də, 102 kq-dakı Əli Şükürlü isə aprelin 22-də yarışacaq.

Qeyd edək ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.

Exit mobile version