AUT.AZ

Hər şey edirlər ki, onun “saqqızını” oğurlasınlar

“Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Qavini transfer etmək üçün hər şeyə hazırdır.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Bildirilir ki,  London klubu 18 yaşlı ispaniyalıya çox böyük təklif etməyə hazırdır. Nəşrin mənbəsinin sözlərinə görə, Qavi “Çelsi”nin təklifini qəbul etsə, o, Premyer Liqanın ən yüksək maaşlı oyunçularından birinə çevriləcək.

Daha əvvəl bildirilmişdi ki, “Çelsi”nin idman direktoru Kristofer Uivelin başçılıq etdiyi nümayəndələr Madriddə futbolçunun agenti İvan De La Pena ilə görüşüblər. Tərəflər danışıqları davam etdirmək və növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər. “Diario Sport” bu məlumatı təkzib edərək bildirib ki, görüş yalnız Luis Enrikenin “mavilər”in baş məşqçisi təyin olunması ilə bağlı olub.

Daha sonra “Çelsi”nin Qavinin agenti ilə ikinci görüş keçirəcəyi məlum olub. AS-ın məlumatına görə, bu görüş, Todd Bouli, De La Pena, eləcə də futbolçunun valideynləri arasında olacaq.

Londonlular inanırlar ki, Qavini gələcəklə bağlı fikrini dəyişməyə məcbur etməyin vaxtı çatıb. “Çelsi” ona “Barselona”dan xeyli çox pul ödəməyə hazırdır.

Aut.az

Exit mobile version