AUT.AZ

Futbolçunu vuran hakim haqda qərar verildi

Endryu Robertsonu vuran hakim cəzalandırılmayacaq.

Xatırladaq ki, Premyer Liqanın 30-cu turunun “Liverpul” – “Arsenal” matçının (2:2) birinci yarısı başa çatandan sonra şotlandiyalı futbolçu yan hakim Konstantinos Hatzidakisə yaxınlaşaraq nə isə danışmağa başlayıb. Yan xətt hakimi sağ dirsəyi ilə Robertsonun sifətinə vurub və baş hakim Robertsona sarı vərəqə göstərib.

Aut.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) epizodla bağlı açıqlama yayıb.

“Biz “Liverpul”un müdafiəçisi Endryu Robertsonla hakim Konstantin Hatzidakis arasında “Enfild”də baş vermiş insidentlə bağlı bütün dəlilləri diqqətlə nəzərdən keçirdik və bundan sonra heç bir tədbir görməyəcəyik”, – FA-nın bəyanatında deyilir.

Hatzidakis bu məsələni Robertsonla müzakirə etdiyini bildirib.

“Bu məsələni birbaşa Endi Robertsonla müzakirə etdim. Mənim Endiyə toxunmaq niyyətim olmayıb, sadəcə əlimi qaldırmışam. Amma bütün hallarda ondan üzr istədim”, – hakim bildirib.

Aut.az

Exit mobile version