AUT.AZ

Futbol tarixində belə qəddarlıq olmamışdı – VİDEO

17 yaşadək futbolçular arasında keçirilən Afrika Millətlər Kubokunda futbol tarixinin ən dəhşətli qayda pozuntularından biri qeydə alınıb.

Aut.az xəbər verir ki, Tanzaniya – Burundi oyununda birincilərin kapitanı Abraham Morris topu texnikalı şəkildə rəqibin üzərindən atıb. Lakin burundili futbolçu Morrisi sifətinə zərbə vurmaqla dayandırmaq qərarına gəlib. O, kobud oyundan sonra heç nə olmamış kimi yerdə qalan Abrahamın ayağının üstünə çıxıb.

Ən qəribəsi budur ki, bu kobudluğa görə hakim sarı vərəqə belə göstərməyib.

Qeyd edək ki, görüş Tanzaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Exit mobile version