AUT.AZ

“Beşiktaş”ın əldə etdiyi gəlir: “Qarabağ”a çata bilmədilər

Beşiktaş”ın xeyriyyə məqsədilə “Atletiko” ilə keçirdiyi yoldaşlıq oyunundan əldə edilən gəlirin məbləği məlum olub.

Aut.az xəbər verir ki, bilet satışı və sponsorlardan ümumilikdə 10 milyon TL (879 min manat) vəsait yığılıb. “Beşiktaş”ın qələbəsiylə başa çatan (2:0) oyunu 29 min azarkeş stadiondan izləyib.

Martın 26-da Bakıda keçirilən “Qarabağ” – “Qalatasaray” oyunundan (1:2) 12 milyon 336 min TL (1 milyon 90 min 455 AZN) gəlir əldə edilmişdi.

Qeyd edək ki, hər iki oyundan əldə edilən vəsait Türkiyədə fevralın 6-da baş verən zəlzələdən zərərçəkənlər üçün göndəriləcək.

Exit mobile version