AUT.AZ

Azərbaycan yığması turnirində iştirak edəcək

Aprelin 17-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası aprelin 22-dən 28-dək Rumıniyanın paytaxtı Buxaretsdə keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək.

Aut.az xəbər verir ki, komandamız bu turnirdə aşağıdakı rəqiblərlə mübarizə aparacaq:

Azərbaycan – Ukrayna
23 aprel. Buftea Futbol Mərkəzi. Saat 12:00

Rumıniya – Azərbaycan
25 aprel. Buftea Futbol Mərkəzi. Saat 17:00

Yunanıstan – Azərbaycan
28 aprel. Buftea Futbol Mərkəzi. Saat 11:00

Oyunların təqvimini və hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

  1. Firuzə Bayramova – Dinamo (Balakən)
  2. Nərgiz Ağaliyeva – Baku Sporting
  3. Pərişan Abdullayeva – Xırdalan Siti
  4. Məsumə Nəzərli – Neftçi
  5. Vahidə Əlipaşayeva – İnter (Xaçmaz)
  6. Aygün Novruzova – Xırdalan Siti
  7. Ləman Əliyeva – UGİM Naftalan
  8. Arzu Cəfərova – Baku Sporting
  9. Ülviyyə İslamova – İnter (Xaçmaz)
  10. Xanım Əsədova – 8-RİOEUGİM
  11. Ayşən Salamzadə – Neftçi
  12. Bədriyyə Mövludova – İnter (Xaçmaz)
  13. Adelina Ağayeva – Xırdalan Siti
  14. Səma Əsədova – Gömrükçü
  15. Aysel Cumayeva – Balxurma
  16. Arzu Ağalıyeva – Baku Sporting
  17. Alina İsrafilova – Xırdalan Siti
  18. Ella Əmirova – Baku Sporting
  19. Natella Məmmədova – Baku Sporting
  20. Günay Sultanlı – Xırdalan Siti

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Exit mobile version