AUT.AZ

AFFA-dakı iclasda baş verənlər: Byazi hədələyib, Rövnəq Abdullayev deyib ki…

Aprelin 13-də AFFA İcraiyyə Komitəsinin (İK) iclası keçirildi. Toplantıda müzakirə edilən əsas məsələ Avro-2024-ün seçmə mərhələsinə biabırçı məğlubiyyətlərlə başlayan milli komandanın baş məşqçisi Canni de Byazinin hesabatı idi.

Əvvəlcə bildirək ki, italyan mütəxəssis aprelində 17-də Azərbaycan gəlməli, bu tarixdən sonra hesabat verməli idi. Ancaq narazılıqlar elə vəziyyət yaratdı ki, AFFA toplantını daha tez keçirilməli oldu.

De Byazi federasiya rəhbərliyi qarşısında hesabat verib. Hesabatın sonunda isə qeyd edib ki, qovmaq istəyirsinizsə, gedirəm. Amma təzminatı ödəməlisiniz, heç bir güzəşt də gözləməyin. O, bu sözlərdən sonra iclas otağını tərk edib.

Bundan sonra toplantında vəziyyət gərginləşib. Çünki bir neçə İK üzvü de Byazinin təzminatının ödənərək qovulmasını tələb edib. Müzakirələr uzun çəkib. Ancaq 66 yaşlı mütəxəssisi təzminat məbləğinə görə göndərmək mümkün olmayıb.

Aut.az-ın əldə etdiyi məlumata görə, aylıq məvacibi 75 min avro olan məşqçi AFFA-dan müqaviləsinin sonuna qədər almalı olduğu məbləğin hamısını – 600 min avronu (1128000 manat) tələb edib. Qurumun rəhbəri Rövnəq Abdullayev isə bununla razılaşmayıb. Bu məsələni İK üzvlərinə çatdırıb. Abdullayev bildirib ki, AFFA bu xərcləri qarşılaya bilməz. Çünki de Byazi və iki köməkçisinin qovulması onlara 2 milyon manata yaxın məbləğə başa gələcək ki, bu da kifayət qədər böyük rəqəmdir.

Abdullayevi narahat edən məsələ pul deyil. O, AFFA-dakı sonuncu ilində başını ağrıtmaq və böyük xərcə səbəb olmaq istəmir.

Rövnəq Abullayevin bu qərarı İK üzvlərinin əksəri tərəfindən birmənalı qarşılanmayıb. İclasda bildirilib ki, Canni de Byazinin baş məşqçi olduğu müddətdə milli komanda daha pis çıxış edə bilər. Bu da daha böyük narazılıqlar və daha sərt tənqidlərə səbəb ola bilər. Amma onların narazılığının mənası olmayıb. Sonda Rövnəq Abdullayevin fikri önəmli olub və de Byazi postunda saxlanılıb.

Aut.az

Exit mobile version