AUT.AZ

Əşrəf boşanmaq istəyən həyat yoldaşını belə şoka saldı

Zorlamada ittiham olunan PSJ-nin futbolçusu Əşrəf Hakimi ilə bağlı maraqlı məlumat ortaya çıxıb.

Aut.az xəbər verir ki, boşanmaq üçün məhkəməyə müraicət edən Hiba Abukun vəkili maraqlı faktla üzləşib. Məlum olub ki, Hakiminin həyat yoldaşı ilə bölünməyə məruz qalacaq hər hansı mülkü, bank hesabı yoxdur.

Məsələ burasındadır ki, futbolçunun aylıq maaşının 80%-i anası Səidə Moxun hesabına köçürülür. Üstəlik, bütün əmlakları da onun adınadır. Əşrəf aldığı hər şeyi məhz anasının adına qeydiyyatdan keçirib.

Exit mobile version