AUT.AZ

Ərəblərin super planı: “Böyük beşlik”dən 50 futbolçu aparırlar

Səudiyyə Ərəbistanı çempionatı ilə bağlı nəhəng layihə planlaşdırılır.

Aut.az xəbər verir ki, ərəblər Kriştiano Ronaldodan sonra “böyük beşlik” ölkələri və Portuqaliya çempionatından 50 futbolçu ilə müqavilə imzalamaq istəyir.

Bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, PSJ ilə müqaviləsi bu yay başa çatacaq Lionel Messi Ronaldonun ardınca Səudiyyə Ərəbistanına gedə bilər. Bununla belə, Səudiyyə Ərəbistanı çempionatının rəhbərliyi bununla kifayətlənmək niyyətində deyil.

Səudiyyə Ərəbistanındakı mənbələr ESPN-ə bildiriblər ki, bəzi Avropa klublarının üzləşdiyi maliyyə çətinlikləri Səudiyyə komandaları üçün yeni transfer imkanları açıb.

İndi demək olar ki, bütün Səudiyyə klublarının iştirak ərizələrində səkkiz əcnəbi var – bu, icazə verilən maksimum kvotadır. Amma ESPN-ə görə, yayda liqada oynayan əcnəbilərin keyfiyyətinin xeyli yüksələcəyi gözlənilir. Klublar heyətləri təmizləyəcək.

Agentlərdən biri bildirib ki, İspaniya, Mərakeş və Kolumbiya yığmasının futbolçuları ilə Səudiyyə Ərəbistanı klublarına keçmək üçün danışıqlar aparıb. Qeyd olunur ki, Ronaldonun “Əl Nəsr”də aldığı yüksək maaşa baxmayaraq, əksər oyunçulara analoji məbləğ təklif edilməyəcək. Bu vəziyyətdə Ronaldo və Messi istisna sayılır.

Aut.az

Exit mobile version