AUT.AZ

Ya qovulacaq, ya cərimə olunacaq, ya da…

“Bavariya” rəhbərliyi Sadio Mane ilə bağlı insidentə cavab vermək üçün bir neçə variantı nəzərdən keçirir.

Aut.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq “Twitter” səhifəsində yazıb.

Mənbənin sözlərinə görə, “Bavariya” üç əsas variantı nəzərdən keçirir: cərimə, müvəqqəti diskvalifikasiya və futbolçu ilə yolları ayırmaq.

Mane özü bu gün – aprelin 13-də artıq klubun təlim mərkəzinə gəlib. Futbolçunun yaxşı əhval-ruhiyyədə olduğu və gülümsədiyi qeyd edilir. “Bavariya” rəhbərliyi onun bu gün komandadan üzr istəyəcəyini gözləyir.

Xatırladaq ki, Mane Çempionlar Liqasının 1/4 final mərhələsinin “Mançester Siti” ilə oyunundan (0:3) sonra komanda yoldaşı Leroy Sanenin üzünə zərbə endirmişdi. Alman futbolçunun dodağı partlayıb.

Aut.az

Exit mobile version