“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo Rudi Qarsiyanın baş məşqçi postundan qovulmasına münasibət bildirib.
Aut.az xəbər verir ki, portuqal “Tvitter”də yazıb:
“Sizinlə işləmək çox xoş idi. Sizə gələcək üçün ən yaxşısını arzulayıram”.
Daha əvvəl KİV-də məlumat yayılmışdı ki, Ronaldo Qarsiyanın baş məşqçisi kimi fəaliyyətindən narazıdır və onun göndərilməsini tələb edir.
Mütəxəssis 2022-ci ilin yayından “Əl-Nəsr”ə rəhbərlik edirdi. Fransız mütəxəssisi xorvat Dinko İliçiç əvəz edib.
Aut.az