AUT.AZ

Super Liqaya vəsiqə qazanan ilk klub bəlli oldu

Türkiyənin “Samsunspor” komandası uzun fasilədən sonra yenidən Super Liqaya vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, sözügedən komanda 1-ci liqada mövsümün başa çatmasına 6 tur qalmış elitaya vəsiqəni təmin edib.

Buna liderin əsas izləyicisi olan “Eyüpspor”un doğma meydanda “Gənclərbirliyi”nə 0:2 hesabıyla uduzması şərait yaradıb.

Qaradəniz təmsilçisi cari mövsümdə keçirdiyi 31 oyunda 19 qələbə qazanıb, 9 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb. 20 oyunluq məğlubiyyətsiz seriyaya malik komandada 66 xalla vahid liderdir.

Xatırladaq ki, “Samsunspor” sonuncu dəfə 2011/12 mövsümündə Super Liqada mübarizə aparıb. Bir sözlə, bu komanda 11 illik fasilədən sonra yenidən Super Liqada çıxış edəcək.

Exit mobile version