AUT.AZ

Sara olmasın, Eva olsun: Kasilyasın italyan ilahəsi – FOTOLAR

Eva Qini görünüşü və “İnter” klub televiziyasındakı işi sayəsində böyük populyarlıq qazanıb. O, İtaliyanın tanınmış qadın idman jurnalisti və reportyordur.

Pərəstişkarları onu “əsl ilahə” adlandırırlar. Onların fikrincə, Eva başqa bir məşhur futbol aparıcısı Diletta Leottanın yeganə rəqibidir. Maraq üçün bildirək ki, Diletta almaniyalı qolkiper Loris Kariusun sevgilisidir. Eva onunla müqayisədə daha uğurlu qapıçını seçib.

Söhbət “Real”ın əfsanəvi qapıçısı İker Kasilyasdan gedir. Qini ötən ay bir neçə dəfə Madriddə Kasilyasla birlikdə görünüb. İspaniya futbolunun əfsanəvi qapıçısı 2021-ci ildə həyat yoldaşı Sara Karbonerodan ayrılıb. Onun növbəti seçimi Apennin yarımadasının “əsl ilahə”si olub.

 

Exit mobile version