AUT.AZ

“Sabah” “Şaxtyor”la danışıqlara başladı: Ya satın, ya da…  

“Sabah” ukraynalı cinah yarımmüdafiəçisi Aleksey Kaşuku saxlamaq istəyir.

Müqavilə ilə “Şaxtyor”a məxsus olan 22 yaşlı futbolçu “Sabah”da icarə əsasında çıxış edir.

Aut.az xəbər verir ki, “Sabah” Kaşukun alınması və ya ən azı daha bir il icarəyə verilməsi ilə bağlı “Şaxtyor”la danışıqlara başlayıb. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. İkinci variant çətin ki, baş tutsun. Çünki Kasukun “Şaxtyor”la müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Ona görə də, Donetsk klubu onu satmağa çalışacaq. Amma onların təklif etdiyi məbləğ “Sabah”ı qane edəcəkmi?

Kaşuk ötən ilin sentyabrında “Sabah”a keçib. O, bütün yarışlarda 26 oyuna çıxıb, 12 qol vurub və 8 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version