AUT.AZ

Rusiya futbol ölkəsi deyil – “Neftçi”nin sabiq baş məşqçisi

“Nefçi”nin və “Zenit”in sabiq baş məşqçisi Vlastimil Petrjela Rusiya futbolu haqda danışıb.

Aut.az xəbər verir ki, Petrjela Rusiyada futbolun populyarlığını itirdiyini bildirib.

“Zenit-də işləyəndə həmişə məni sevinclə qarşılayan dolu Petrovski var idi. İndi isə stadionlara çox az adam gedir – bu, dəhşətlidir.

Ruslar indi futbol haqda düşünmür. Rusiya  artıq futbol ölkəsi deyil. İndi insanların həyatda daha vacib işləri var və idman arxa plana keçib.

Ola bilsin ki, zaman keçdikcə insanların futbola marağı geri dönəcə”, – deyə RB Sport Petrjeladan sitat gətirib

Aut.az

Exit mobile version