AUT.AZ

Ronaldo 50 yaşlı bu aktrisa ilə də eşq yaşayıb – FOTOLAR

“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo 2016-cı ildən Corcina Rodrigez ilə münasibətdədir. Lakin buna qədər futbol ulduzunun heç də sakit həyatı olmayıb.

O, Corcinaya qədər çox sayda eşq romanı yaşayıb. Onlardan biri ispan aktrisa Sonia Monroyla olub. Onlar arasındakı münasibət Monroyun açıqlamasından sonra ictimaiyyətə məlum olub.

İspaniyalı aktrisanın 50 yaşı var. O, eyni zamanda müğənni, aparıcı və bloggerdir. Monroy Ronaldo ilə dostu Yola Berrokal Puro Salseonun Madriddə təşkil etdiyi ziyafətlərdən birində tanış olub. Bu barədə Salseo açıqlama verib:

“Biz danışmağa başladıq. Mən Kriştiano Ronaldo ilə Soniyanın artıq bir yerdə olduğunu gördüm. Yaxşı və əyləncəli söhbətimizdən sonra ayrılmaq vaxtı gəldi. Bu zaman onlar (red – Ronaldo və başqa bir futbolçunu nəzərdə tutur) dedilər ki, “yaxşı, bəlkə sonra birlikdə harasa gedərik”. Ertəsi gün telefonu götürdüm və gördüm ki, bir neçə mesaj var: “biz buradayıq, sən haradasan?”.

Belə bir açıqlama diqqətdən yayınmayıb. İspaniya kanalarından birində yayımlanan “Socialite” proqramının efirində aparıcılar Monroyla əlaqə saxlayıblar. O, danışmağa razılaşıb və portuqaliyalı ulduzla birdən çox gecə keçirdiyini etiraf edib:

“Kriştiano Ronaldo xeyli gecələrdə mənim yuxumu oğurlayıb. Mən onu çox sevirdim, amma… Mümkün deyildi və bu hekayə bitdi”.

Exit mobile version