AUT.AZ

Rekord məbləğə satıldı

Əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın ayaqqabıları “Sotheby’s” auksionunda rekord məbləğə – 2,2 milyon dollara satılıb. 

Aut.az xəbər verir ki, bu barədə hərrac evinin saytında məlumat verilib.

Bu, Cordanın 1997-98-ci illərdə “Çikaqo Bulls”da geyindiyi ayaqqabıdır.

Basketbol ayaqqabıları üzrə əvvəlki rekord 2021-ci ildə hərraca çıxarılan “Nike Air Ships”ə məxsus olub – 1,47 milyon dollar. 2022-ci ildə isə Cordanın 1998 NBA Finallarında geyindiyi forma 10,1 milyon dollara satılmışdı.

Exit mobile version