AUT.AZ

Qurban Qurbanov anası haqda: “Nə olardı, 2-3 il də…” – VİDEO

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olur.

Aut.az xəbər verir ki, Peşəkar Futbol Liqası təcrübəli məşqçinin doğum günü münasibətiylə əlaqədar video hazırlayıb. Qurbanovun özü ilə yanaşı, ailə üzvləri, dostları və yaxınları onun haqqında fikirlərini bölüşüblər.

“Hoca” ləqəbli məşqçi doğulduğu Zaqatalanın Aşağı Tala kəndindən, ailə üzvlərindən bəhs edib. O, ilk dəfə həyatı ilə bağlı xatirələri bölüşüb. Qurban Qurbanov 6 il əvvəl vəfat edən anası barədə danışıb. Təcrübəli çalışdırcı arzuları və planlarından da söhbət açıb.

Videoda qonşuları, yaxınları və qardaşı Qurban Qurbanovla bağlı fikirlərini və xatirələrini bölüşüb.

 

Exit mobile version