AUT.AZ

Qadın hakimi itələyən futbolçu qovuldu

Ukraynanın ikinci divizionunda çıxış edən “Polesye” klubu matç zamanı qadın hakimi itələyən müdafiəçi Vadim Çervakla müqaviləni pozub.

Aprelin 9-da “Metallurq” (Zaporojye) ilə oyunun sonunda (1:2) Çervak ​​emosiyalarını saxlaya bilməyib və 24 yaşlı hakim Sofiya Priçinu arxadan itələyib.

Futbolçu buna görə meydandan kənarlaşdırılıb. O, oyundan sonra açıq şəkildə həm hakimdən, həm də azarkeşlərdən üzr istəyib.

Lakin Jitomir klubu 23 yaşlı futbolçu ilə yolları ayırmaq qərarına gəlib.

“Polesye”nin futbolçusu Vadim Çervakın “Metallurq”la oyunda xoşagəlməz davranışı müzakirə edildi. Klub rəhbərliyi məşqçilər korpusu ilə birlikdə müqaviləni vaxtından əvvəl ləğv etmək və futbolçu ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib”, – klubdan verilən açıqlamada deyilir.

Aut.az

 

Exit mobile version