AUT.AZ

Prokurorluq araşdırmanı yekunlaşdırdı: “Yuve” bəyanat yaydı

“Yuventus”un mümkün maliyyə fırıldaqları ilə bağlı prokurorluq tərəfindən aparılan araşdırma başa çatıb.

Aut.az xəbər verir ki, bununla bağlı “Yuventus” rəsmi saytında bəyanat yayıb.

“FIGC-nin Federal Prokurorluğu (Federazione Italiana Giuoco Calcio) “Yuventus”u və onun bəzi hazırkı və keçmiş rəhbərlərini “2019/2020 və 2020/2021 mövsümlərində maaş manevrləri” ilə bağlı araşdırmanın tamamlandığı barədə xəbərdar edib.

Federal prokurorlar, həmçinin iddia edilən mühasibat uçotu pozuntularına əsaslanaraq, İdman Ədalət Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndinin pozulduğunu fərz edib.

Klub isə hesab edir ki, artıq izah edilmiş səbəblərə görə, xüsusən 30 iyun 2022-ci il tarixli illik maliyyə hesabatında və 31 dekabr 2022-ci il tarixinə birləşdirilmiş yarımillik maliyyə hesabatında müvafiq beynəlxalq mühasibat standartları düzgün tətbiq edilib və həmçinin idman sadiqliyi prinsipi qorunub.

Verilən bildiriş Federal Prokurorluq tərəfindən intizam tənbehi deyil. Artıq klub sənədlərlə tanış ola və İdman Ədaləti Məcəlləsində müəyyən edilmiş şərtlərə uyğun olaraq müdafiəsini formalaşdıra biləcək”, – deyə bəyanatda bildirilir.

Aut.az

Exit mobile version