AUT.AZ

Olimpiadada oynamaq istəyir, amma…

Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada oynamaq istədiyini bildirib.

“Orada olub-olmayacağımı bilmirəm. Amma hər halda, ümid edirəm. Hamı bilir ki, mən həmişə Olimpiadada oynamaq arzusunda olmuşam. Bu məndən asılı deyil. Vəziyyətə təsir edən bir çox amillər var, onların hamısını nəzərə almaq lazımdır.

Mən özümü Olimpiya Oyunlarında iştirak etməyə məcbur etməyəcəyəm. Olimpiada FİFA təqvimində yoxdur. Əgər insanlar mənim orada olmağımı istəməsələr, olmayacağam”, – PSJ-nin hücumçusu deyib.

Olimpiya Oyunları iyulun 26-da – Avro-2024-ün finalından cəmi 12 gün sonra başlayacaq və Liqa 1-in 2024/25 mövsümünün başlamasına bir neçə gün qalmış – avqustun 11-də  başa çatacaq.

Aut.az

Exit mobile version