AUT.AZ

Nəticələri ilə yox, görünüşü ilə milyoner olan gimnast – FOTOLAR

Oliviya Dann adlı gimnastı tanıyırsınız?! O, milyonçudur və sosial mediada böyük izləyici kütləsi var.

20 yaşlı Dann 2 il əvvəl milyonçu olub. Maraqlı məqam budur ki, amerikalı gözəl heç vaxt böyük beynəlxalq turnirlərdə çıxış etməyib. Onun adi yarışlarda belə yüksək nəticələri olmayıb.

Oliviya Luiziana Universitetində təqaüdlə oxuyur. O, təqüdünü artırmaq üçün müxtəlif yarışlarda iştirak edir.

Ancaq onun gəlirinin əsas hissəsi sosial şəbəkələrin payına düşür. Oliviyanın illik qazancı artıq 2 milyon dolları ötüb. İndiki dövr üçün bu, təəccüblü deyil. Belə bir görünüşlə medal qazanmadan milyoner olmaq mümkündür.

Exit mobile version