AUT.AZ

MY-ni almaqdan imtina etdi: bu farsda iştirak etməyəcəm

Finlandiyalı iş adamı “Mançester Yunayted”i almaq üçün verdiyi təklifi geri götürüb. O, bu prosesi fars adlandırıb.

“Nokia”nın sabiq meneceri Tomas Zilliakus, danışıqların ikinci raundunda klubu almaq üçün 4 milyard funt sterlinqdən az təklif edən iddiaçılardan biri idi. “Mançester Yunayted”in sahibi –  Qleyzer ailəsi Zilliakus və digər alıcıların təklifləri ilə kifayətlənməyib, onlara üçüncü mərhələdə ərizələrini təkmilləşdirmək təklif olunub.

 “Gecikmələrə görə hər hansı yeni sahibin növbəti mövsüm üçün güclü komanda qurması çox çətin olacaq. Tender bir farsa çevrilir və Qleyzerlər kluba hörmət etmirlər.

Cim Retkliff, Şeyx Qasim və mən “Yunayted”in alınması ilə bağlı danışıqlar aparmağa hazır idik. Əvəzində Qleyzerlər yeni dövrəyə başlamaq qərarına gəliblər. Satıcının qazancını artırmaq üçün hazırlanmış bir farsda iştirak etməyəcəyəm”, – Zilliakus bildirib.

Aut.az

Exit mobile version