“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında mütləq rekorda imza atıb.
Aut.az xəbər verir ki, italyan mütəxəssis ÇL-də oyunçu və məşqçi kimi ən çox meydana çıxan şəxs olub.
Ançelotti Çempionlar Liqasında 215 oyun keçirib – 21-i futbolçu, 194-ü isə məşqçi kimi. Bu göstəriciyə görə o, məşqçi kimi 214 oyun keçirən Aleks Ferqyusonu ötüb. Üçüncü yerdə 210 oyun keçirən (49+161) “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola qərarlaşıb.
Xatırladaq ki, Çempionlar Liqasının ilk 1/4 final matçında “Real” doğma meydanda “Çelsi”yə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab oyunu aprelin 18-də Londonda keçiriləcək.
Aut.az