AUT.AZ

Mbappenin əsas arzusu: Ümid edir ki…  

PSJ hücumçusu Kilian Mbappe klubdakı əsas hədəfi haqda danışıb.

Aut.az xəbər verir ki, Mbappe “Paris komandasının oyunçusu kimi əsas nəyə can atırsınız” sualına belə cavab verib:

“Əsas məqsəd Çempionlar Liqasını qazanmaqdır. Mən artıq bu turnirin pley-off mərhələsinin bütün mərhələlərində oynamışam, yalnız kuboku qazanmaq qalır. Mənim arzum budur.  Ümid edirəm ki, parislilərlə birlikdə bu titul qazana biləcəyəm”, – Mbappe bildirib.

Xatırladaq ki, PSJ Çempionlar Liqasının 1/8 finalında “Bavariya”ya hər iki matçda məğlub olaraq (0:1, 0:2) mübarizəni dayandırıb.

Aut.az

 

Exit mobile version