AUT.AZ

Mane Saneni bu sözə görə vurub

“Bavariya”nın futbolçuları Leroy Sane ilə Sadio Mane arasındakı davanın detalları bəlli olub.

Aut.az xəbər verir ki, bu barədə jurnalisti Papa Mahmud Quye məlumat verib. Bildirilir ki, Sane Maneni təhqir edib, onu “qara zibil” adlandırıb. Bundan sonra futbolçular arasında dava düşüb.

Xatırladaq ki, “Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk qarşılaşmasında “Mançester Siti”yə 0:3 hesabı ilə uduzduqdan sonra Mane paltardəyişmə otağında münaqişə zamanı Sanenin üzünə vurub və dodağını partladıb.

Klub rəsmi saytında Manenin 15 apreldə Bundesliqa matçında “Hoffenhaym”a qarşı oynamayacağını açıqlayıb. Seneqallı cərimə də ödəyəcək.

Aut.az

Exit mobile version