AUT.AZ

Hamilə olduğunu bilmədi, bombardir oldu

Qadınlar arasında Venesuela çempionatında qeyri-adi hal yaşanıb. 

Aut.az xəbər verir ki, hamilə olduğunu bilmədən meydana çıxan futbolçu 14 qol vuraraq mövsümü bombardir kimi başa vurub və “Qızıl buts” qazanıb.

“GWomen” son aylarda hamilə olduğunu bilmədən “Deportivo La Guaira” komandasında qolları sıralayan Ledi Urbinanın ağlasığmaz hekayəsinin dolaşıqlığını açıb:

“Məhsuldarlığıma görə Avropa komandalarının diqqətini cəlb etmişdim. Amma İngiltərədən olan agentlər nümayəndəmə demişdi ki, bir neçə kilo atmaq lazım gəlir. Ancaq yorucu məşqlərə və oyunlara baxmayaraq, əlavə çəki almağa davam edirdim.

Belədə hamiləlik testindən keçməli oldum. Nəticəni biləndə şok oldum. Həkim 6 aylıq hamilə olduğumu dedi. Halbuki, bətnimdə nəsə olduğunu hiss etmirdim, sanki orada heç nə yoxdur. Fiziki cəhətdən çox yaxşı idim. Mən hər oyunda qol vurmağa iddialı idim. Allaha şükür ki, istədiyimi əldə etdim. Körpələr bir nemətdir. Onunla birlikdə dörd uğursuz cəhddən sonra nəhayət, “Qızıl buts” qazandım (gülür). Tanrı mənə iki nemət verdi”.

Exit mobile version