AUT.AZ

Hakimdən xahiş etdi: Yeni versiya var, icazə verin…

Dani Alves ittiham olunduğu zorlama işi ilə bağlı beşinci dəfə izahat verə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb. Bildirilir ki, Alves baş verənlərlə bağlı öz versiyasını dəyişmək istəyir. Onun müdafiə tərəfi məhkəmədən yenidən ifadə vermək imkanı istəyib. Hakim vəsatəti təmin edib. Dani bazar ertəsi məhkəmə qarşısına çıxacaq.

İndiyə qədər futbolçu baş verənlərlə bağlı dörd fərqli versiya təqdim edib və qurbanı ilə cinsi əlaqədə olduğunu sonuncu versiyada təsdiqləyib.

Xatırladaq ki, “Barselona”nın və Braziliya millisinin keçmiş müdafiəçisi gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.

Aut.az

 

Exit mobile version