AUT.AZ

ÇL-in yarımfinalında oynadı, faciəvi şəkildə öldü

Qadın voleybolçular arasında Çempionlar Liqasının yarımfinalında Türkiyə klubu “Eczacıbaşı”ya uduzan “Novara” faciəvi xəbərlə sarsılıb.

Aut.az xəbər verir ki, İtaliya təmsilçisinin oyunçusu Julia İtuma İstanbulda məskunlaşdıqları otelin pəncərəsindən yıxılaraq ölüb. Hadisə gecə saatlarında baş verib. Onun cəsədi isə yerli vaxtla saat 05:30-da tapılıb.

Hadisənin necə baş verdiyi bəlli deyil. Məlum olan odur ki, İtuma saat 22.30-23.50 radələrində dəhlizdə gəzdikdən sonra 6-cı mərtəbədə olan otağına yollanıb. Onun tək qaldığı bildirilir. İstanbul polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, 19 yaşlı voleybolçu “İtalia” klubundan ayrıldıqdan sonra “Novara”da ilk mövsümünü keçirirdi. Milanda nigeriyalı bir ailədə dünyaya gələn İtuma İtaliyanın U-19 yığmasının da formasını geyinirdi.

Exit mobile version