37 yaşlı belçikalı mütəxəssis Vinsent Kompani “Tottenhem”in yeni baş məşqçisi ola bilər.
Aut.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Bildirilir ki, b mövsüm “Bernli”nin vaxtından əvvəl Premyer Liqaya qaytaran keçmiş “Mançester Siti”li “Tottenhem” üçün prioritet hədəf olub.
“Tottenhem” hazırda İngiltərə Premyer Liqasında 30 oyundan sonra 53 xalla 5-ci yerdədir.
Aut.az