AUT.AZ

Biletlər satışa çıxarıldı

Bu il Polşada keçiriləcək III Avropa Oyunlarının biletləri satışa çıxarılıb.

Aut.az xəbər verir ki, azarkeşlər 26 idman növü üzrə baş tutacaq yarışlara biletləri ala bilərlər.

Biletlərin qiyməti 4-20 avro arasında olacaq. Aprelin 3-dən əvvəl platformada qeydiyyatdan keçən azarkeşlər ilk 10 000 bileti 25 faiz endirimlə əldə edə biləcəklər.

Qeyd edək ki, 21 iyun – 2 iyul aralığında keçiriləcək III Avropa Oyunlarında 7000-dən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimi iyunun 21-də Krakovda olacaq.

Exit mobile version