AUT.AZ

Belə də olur: 5 oyun, 4 məşqçi

“Çelsi”nin futbolçusu Nqolo Kante futbol dünyasında çox az rast gəlinəcək məqamla üzləşib.

Aut.az xəbər verir ki, “zadəganlar”ın 32 yaşlı yarımmüdafiəçisi bir mövsümdə nə az, nə çox düz 4 məşqçinin rəhbərliyi ilə meydana çıxıb.

Aldığı ağır zədə səbəbilə bu mövsüm cəmi 5 oyunda meydanda çıxan Fransa millisinin üzvü mövsümə Tomas Tuxelin rəhbərliyi ilə başlayıb. Almaniyalı mütəxəssin dövründə avqustda cəmi 2 oyun keçirən Kante bundan sonra sıradan çıxıb. O, bir daha apreldə meydana qayıdıb.

Nqolonun geri dönünüşü çox maraqlı alınıb. O, meydanlara qayıtdığı müddət ərzində, yəni 12 gün içində üç fərqli məşqçi ilə çalışıb. Aprelin 1-də Qrem Potterin rəhbərliyi ilə “Aston Villa”yla qarşılaşıb. Bu oyunda alınan məğlubiyyət ingiltərəli məşqçinin qovulması ilə nəticələnib.

Bundan sonra Kante “Liverpul”la oyuna çıxıb. “Qırmızılar”la görüşə komandanı məşqçi Bruno Saltor çıxarıb. Daha sonra “Çelsi” Frenk Lemparda tapşırılıb. Mütəxəsssis “Vulverhempton”la oyunda fransalı yarımmüdafiəçiyə şans verməyib. Lempard Çempionlar Liqasının 1/4 mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Real”la (0:2) görüşdə onun xidmətindən yararlanıb. Beləcə, gənc mütəxəssis onun mövsüm ərzində çalışdığı dördüncü məşqçi olub.

Qeyd edək ki, Kantenin “Çelsi” ilə sözləşməsinin müddəti mövsünümün sonunda bitəcək. Hazırda klub rəhbərliyi müqavilənin 2+1 illik uzadılması ilə bağlı futbolçuyla danışıqlar aparır. Onun London klubundakı həftəlik məvacibi 290 min funt-sterlinqdir.

Aut.az 

Exit mobile version