AUT.AZ

Azarkeşləri hədələdi: O oyunda da belə olacaqsa…

“Napoli”nin baş məşqçisi Luçano Spalletti azarkeşlərə irad bildirib.

Aut.az xəbər verir ki,  A Seriyasının “Milan”la ev oyununda (4:0) neapollu azarkeşlər klub prezident Aurelio De Laurentisə etiraz əlaməti olaraq susublar, komandanı dəstəkləməyiblər.

Spalletti “Milan”la ÇL-in 1/4 finalının cavab qarşılaşmasında da belə olacağı halda, texniki zonanı tərk edəcəyini bildirib:

“Cavab oyununda hansı atmosferi görəcəyimi bilmirəm, amma “Milana” qarşı oyunda susmuş bir stadionu görəndə necə kədərləndiyimi təsəvvür edə bilərsiniz. 33 illik həsrətdən sonra İtaliya çempionluğunu qazanırıq. Vacib matçda gördüklərimi heç vaxt anlaya bilməyəcəm. Bu an mənimlə əbədi qalacaq.

Çempionlar Liqasının cavab oyunu zamanı da eyni şey olsa, ehtiyat oyunçular skamyasını tərk edib evə gedəcəm. Çünki bu, anlaşılmaz bir şeydir. Futbolçular ətrafda baş verənlərə həssas yanaşırlar. Biz A seriyasında evdə “Milan”a qarşı absurd atmosferdə oynadıq. Bizi girov götürdülər”, – Spaletti bildirib.

Aut.az

Exit mobile version