AUT.AZ

Azərbaycanlının komandası haqda dedi: Belə klounlar…

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Andrey Kançelskis “Ximki” klubunu növbəti dəfə tənqid edib.

Aut.az xəbər verir ki, Kançelskis “Ximki”ni “sirk təşkil edən gülməli komanda” adlandırıb. O əmindir ki, “qırmızı-qaralar” 2022/2023 mövsümünün sonunda Rusiya Premyer Liqasını tərk edəcək.

 “Mövsümün sonunda sirk təşkil edən məzəli “Ximki” mütləq aşağıya yuvarlanacaq. Klubda işləyən belə klounlar cəzalandırılmalıdır. Mən onların elitanı tərk etməsinə sevinəcəyəm. Elitanı tərk edəcək ikinci komanda isə “Torpedo” olacaq. Qalanları yaşamaq üçün mübarizə aparacaqlar”, – Kançelskis “Çhampionat”ın müxbiri Aydar Alyutdinova müsahibəsində deyib.

Qeyd edək ki, “Ximki”nin sahibi azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Azərbaycanlı futbolçu Ayaz Quliyev də bu komandada çıxış edir.

Aut.az

 

Exit mobile version