AUT.AZ

Azərbaycan millisi İrəvanda necə qarşılanıb? – Ermənilər açıqladı

Azərbaycan millisi ağır atletika üzrə Avropa çempionatında iştirak etmək üçün Ermənistana yollanıb.

Aut.az xəbər verir ki, 12 nəfərlik nümayəndə heyətimizi İrəvanın Zvartnots hava limanına xüsusi polis dəstəsi qarşılayıb. Yarışın təşkilat komitəsinin sədri Arayik Arutyunyan bildirib ki, Azərbaycan Ağır Atletika Federasiyasının tələbi əsasında əlavə təhlükəsizlik tələbi təmin edilib:

“4-ü idmançı olan 12 nəfərlik Azərbaycan nümayəndə heyəti artıq İrəvana gəlib. İdman aləmində, münaqişəli ölkələrin komandaların qəbulu adi təcrübədir. Ermənistan və Azərbaycan Avropanın bir hissəsidir. Xorvatiya, Kosovo və digər ölkələr kimi onlar (Azərbaycan nümayəndə heyəti – red.) Avropa çempionatında iştirak üçün ərizə verə bilərdilər və bunu da etdilər. Ermənistan Avropa çempionatında iştirak etmək arzusunu bildirmiş ölkələrin nümayəndə heyətlərini qəbul etməyə borcludur. Azərbaycan nümayəndə heyəti əlavə təhlükəsizlik zəmanəti istədi, biz də təmin etdik”.

Qeyd edək ki, Avropa çempionatı 14-23 aprel tarixlərində keçiriləcək.

Exit mobile version