AUT.AZ

Alman irqçiliyi: Onu belə təhqir etdilər

“Bavariya”nın müdafiəçisi Daye Upamekano irqçi təhqirlərə məruz qalıb.

Aut.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə oyunda (0:3) bir neçə səhvə yol verən futbolçu sosial şəbəkələrdə təhqir olunub. Fransalı müdafiəçinin “İnstaqram” səhifəsində son paylaşımının altında çoxlu xoşagəlməz rəylər yazılıb. Upamekanonu “neqr” adlandırıblar, bir çox istifadəçilər meymun smaliki göndərib. Rəylərin birində isə “sadəcə Afrikaya qayıt” yazılıb.

Baş verənlərlə bağlı klubu futbolçuya açıq şəkildə dəstək olub: “Bayern” irqçiliyi qəti şəkildə pisləyir. Bütün klub səninlədir”.

Aut.az 

Exit mobile version