AUT.AZ

AFFA Canni De Byazi ilə bağlı qərar verdi

Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Aut.az xəbər verir ki, toplantıda Avro-2024-ün seçmə mərhələsinin ilk iki oyununda böyük hesabla məğlub olan milli komandanın baş məşqçisi Canni de Byazinin taleyinə aydınlıq gəlib. İtalyan məşqçi öncə hesabat verib. Daha sonra komitə üzvləri müzakirələri davam etdririblər. Qərara alınıb ki, de Byazi mövcud müqaviləsinin, yəni ilin sonuna kimi postunda qalsın.

Qeyd edək ki, yığmamız seçmə mərhələnin oyunlarında Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub.

Exit mobile version