AUT.AZ

Əliyar Ağayev Yunanıstanda “sarı” payladı

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Yunanıstan kubokunun yarımfinal mərhələsinin təxirə salınmış “Olimpiakos” – AEK matçını idarə edib.

Aut.az xəbər verir ki, qarşılaşma Pirey təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Buna baxmayaraq, ilk matçda rəqibinə 0:3 hesabı ilə uduzan Pirey təmsilçisi ölkə kubokunda mübarizəni dayandırıb.

Ağayev görüş ərzində 11 futbolçuya sarı vərəqə göstərib. O, “Olimpiakos”dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb. Həmçinin, qonaq komandanın 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ofsayd səbəbindən ləğv edilib.

Qeyd edək ki, 36 yaşlı hakimə Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Elçin Məsiyev isə VAR-da iş başında olub.

Exit mobile version