AUT.AZ

Yenə də açdı “gül ağzını” – Kubokları hara soxacağını…

“Roma”nın sabiq hücumçusu Antonio Kassano komandanın hazırkı baş məşqçisi Joze Mourinyo ilə söz atışmasına son qoymaq niyyətində deyil.

Aut.az xəbər verir ki, Kassano Mourinyonu tənqid etdikdən sonra portuqal mütəxəssis ona cavab vermişdi. Sabiq futbolçu dilini dinc qoymayaraq yenə də “gül ağzını” açıb.

“Mourinyo Madriddə (portuqaliyalı 2010-2013-cü illərdə “Real”ı çalışdırıb) yalnız dəhşətli futbol oynatdığı  üçün yadda qalıb. Buna görə də o, işdən çıxarılıb.

Mən heç vaxt Mourinyonu bir insan kimi tənqid etməmişəm – onu şəxsən tanımıram, ona görə də onu mühakimə edə bilmərəm. Onu futbol baxımından tənqid etməyə davam edəcəm. Mən onun kuboklarını hara soxacağını bilirəm… Siz də bilirsiniz hara!

Mən Romada beş gözəl il keçirdim. “Roma” azarkeşlərini dəli edib sevindirdim və Romadakı insanlar məni sevirlər. Gedin Totti, De Rossi və Bruno Kontidən bu barədə soruşun.

Mourinyo nə istəyirsə, qazana bilər, amma o, “Roma”nı əxlaqsız kimi göstərir. O, hər cür kuboklar qazanıb, amma  futbolu həmişə dəhşətli olub.

Joze pis məşqçi olduğunu başa düşməlidir. O, səriştəsiz insanların əhatəsində ilanoynadandır.  Onun futbolu keçmişdə qalıb, bəxti gətirib ki, böyük çempionları çalışdırıb. Mən heç nə qazanmaq istəmirəm, həmişə azarkeşlərin sevinci üçün oynamışam. Onun komandalarının necə oynadığını görəndə bu idman növünün azarkeşi olduğum üçün utanıram”, – Kassano Bobo TV-də deyib.

Aut.az

Exit mobile version