AUT.AZ

Uduzublar, amma deyir ki, əyləncəli idi

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Siti”yə uduzduqları oyundan (0:3) sonra emosiyalarını bölüşüb.

“Hesab edirəm ki, ən azı bir qola layiq idik. Qapımıza vurulan bir-iki qolu geri alardım, çünki bu, çoxdur. Düşünürəm ki, futbolçularımızda müəyyən qədər inam və forma çatışmırdı.

Təbii ki, nəticə bizim üçün acıdır. Bu gün komandama, onların oyun tərzinə aşiq oldum. Nə qədər qəribə səslənsə də, çox əyləncəli idi”, – Tuxel deyib.

Aut.az

Exit mobile version