AUT.AZ

Türkiyə 2032-ci ili də hədəf aldı: Bu ölkə ilə… – UEFA açıqladı

Türkiyə Futbol Federasiyası Avro-2028 və ya Avro-2032-yə ev sahibliyi etmək üçün müraciət edib/

Aut.az xəbər verir ki, İtaliya Futbol Federasiyası isə 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi etmək hüququna iddialıdır. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Belə ki, Türkiyə Avro-2028-ə ev sahibliyi etmək üçün birgə ərizə vermiş Böyük Britaniya və İrlandiya ilə, məğlub olacağı təqdirdə isə dörd ildən sonra növbəti qitə birinciliyinə ev sahibliyi etmək hüququ uğrunda mübarizədə italyanlarla mübarizə aparacaq.

UEFA administrasiyası növbəti bir neçə ay ərzində ərizələrin hər birini nəzərdən keçirəcək və oktyabr ayında İcraiyyə Komitəsi 2028 və 2032-ci il çempionatlarına ev sahibliyi etmək hüququ qazanan ölkələri müəyyənləşdirəcək.

Aut.az

Exit mobile version