AUT.AZ

Tezliklə Rusiya barbarlığına qalib gələcəyik – Kliçko

WBO, WBA, IBO və IBF versiyaları üzrə sabiq dünya çempionu Vladimir Kliçko ukraynalı əsirin ruslar tərəfindən edam edilməsinə münasibət bildirib.

“Bu başkəsmə videosu barbarlıqdır. Bütün terrorçular kimi Rusiya üçün də nəinki cinayət törətmək, hətta onu mümkün qədər yaymaq vacibdir.

Qorxu yaymaq. Rusiya ancaq öz rəzil üzünü yayır. Biz qorxunu çoxdan məğlub etmişik, tezliklə Rusiya barbarlığına qalib gələcəyik”, – Kliçko yazıb.

Daha əvvəl Kliçko bildirmişdi ki, Rusiya bəşəriyyət qarşısında cavab verməli olacaq.

Aut.az

Exit mobile version