AUT.AZ

Ronaldo ona “torba” tikir

“Əl-Nəsr”in baş məşqçisi Rudi Qarsiya istefa verə bilər.

Aut.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb. Buna səbəb isə Ronaldonun Qarsiyanın işindən narazı olmasıdır. 38 yaşlı portuqaliyalı hesab edir ki, “Əl-Nəsr” daha yüksək səviyyədə çıxış etməyə və titul qazanmağa qadirdir, amma məşqçinin səviyyəsi buna imkan vermir.

Ər-Riyad klubunun rəhbərliyi fransalı mütəxəssisin gələcəyi ilə bağlı yaxın vaxtlarda qərar verəcək. Rudi Qarsiya 2022-ci il iyunun sonunda “Əl-Nəsr”ə baş məşqçi təyin edilib. Komanda onun rəhbərliyi altında Səudiyyə Ərəbistanı çempionatının 23 turunda 53 xal toplayıb və lider “Əl-İttihad”dan 3 xal geri qalır.

Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçərək 2,5 illik müqavilə imzalayıb. Komandanın heyətində 12 oyun keçirib, 11 qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version