AUT.AZ

Qurbanla danışıb, Rəşidlə anlaşıblar?

Kazanın “Rubin” klubu istefaya göndərilən baş məşqçi Yuri Utkulbayevin yerinə Rəşid Rəhimovu gətirib.

Aut.az xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, Kazan təmsilçisi “Soçi”dən istefa verən Qurban Berdıyevlə danışıq aparıb, amma son anada Rəhimova üstünlük verib.

“Rubin”in idman direktoru Eduard Safonov isə “Championat”a verdiyi açıqlamada bu məlumatı təkzib edib:

“Berdıyevlə heç bir təmasımız olmayıb. Qısa siyahıda üç məşqçi var idi: Şalimov, Talalaev və Rəhimov. Qəyyumlar Şurası Rəşid Rəhimovun baş məşqçi olması barədə qərar qəbul edib. Hansı meyarlara görə? Rəhimovun futbol fəlsəfəsi bizə daha uyğundur. Həm hücum, həm də müdafiə müstəvisində”.

Aut.az 

 

Exit mobile version