AUT.AZ

Qleyzerlər, Şeyx Mənsur, rədd olun, futbol xalqındır – FOTO

“Bavariya” azarkeşləri “Mançester Siti”, “Mançester Yunayted”in sahiblərinə və ümumiyyətlə futboldakı avtokratlara qarşı etiraz ediblər.

Aut.az xəbər verir ki, Münxen nəhənginin fanatları Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Etihad” stadionunda keçirilən “Mançester Siti” – “Bavariya” matçında (0:3) banner açıblar.

Etiraz bannerində belə yazılıb: “Qleyzerlər, Şeyx Mənsur, bütün avtokratlar, rədd olun. Futbol xalqındır”.

Amerikalı  Qleyzerlər “Mançester Yunayted”in, BƏƏ-dən olan Şeyx Mənsur bin Zayed Əl Nayan isə “Siti”nin sahibidir.

Aut.az

Exit mobile version