AUT.AZ

Onunla bir fincan ləzzətli türk qəhvəsi içəcəyinə ümid edir

Luçano Spalletti Pep Qvardiolanın futboldakı rolu haqda danışıb.

Aut.az xəbər verir ki, mart ayında “Mançester Siti”nin baş məşqçisi demişdi ki, “Napoli” oyun baxımından Avropanın bəlkə də ən güclü komandasıdır. Buna cavab olaraq A Seriyasının liderinin çalışdırıcısı  bildirib ki, Qvardiola yəqin ki, komandasını belə təriflə ayaqlarından tutub yerı yıxmaq istəyir.

Dünən ispaniyalı neapollular haqda verilən sualı cavablandırmayıb, Spalettini qəzəbləndirmək istəmədiyini qeyd edib.

“Əvvəlcə Qvardiola haqqında danışacağam, çünki ondan çox şey öyrəndim, o, hamımızın öyrəndiyimiz ən böyük məşqçilərlə müqayisə oluna bilər. Yurgen Klopp və Roberto De Dzerbinin işlərini də daim izləyirəm.

Əvvəlki sözlərim Qvardiolanı incidibsə, üzr istəyirəm. İnsanların “Napoli” haqqında danışması və futbolumuzu tərifləməsi bizim xoşumuza gəlir, amma mənə desələr ki, Qvardiola bizim Çempionlar Liqasını qazanmaq potensialında olduğumuzu bəyan edib, bu olar başqa məsələ. Biz Çempionlar Liqasında oynamaqdan narahat olan komanda deyilik. Artıq tarix yazmışıq, gəlin bundan həzz alaq.

Ümid edirəm ki, Qvardiola ilə görüşə, bir fincan ləzzətli türk qəhvəsi içə və bütün bunlara gülə biləcəyəm”, – Spalletti mətbuat konfransında deyib.

Aut.az

Exit mobile version